“Hər bir məqam bizim üçün önəmlidir. “Turan Tovuz”la heç-heçə etməyimiz yaxşı məqamdır, hətta üç xalı da qazana bilərdik. Təəssüf ki, bunu bacarmadıq, penaltidən qapımızda qol gördük. Ümidimizi itirmirik, yaxşı kollektivə malikik. Zamanla hər şey yoluna düşəcək”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in futbolçusu Ayub Masika deyib.

O, Misli Premyer Liqasının 28-ci turunda “Turan Tovuz”la 1:1-lik heç-heçə etdikləri matçdan danışıb. Futbolçu həmçinin çempionatın ikinci yarısı barədə də fikirlərini açıqlayıb: “Çempionatın ikinci yarısından başlayaraq, yaxşı durumda olduğumuzu düşünürəm. Üst pillələrdə qərarlaşmaq potensialımız var. Ümid edirəm ki, çempionatın finişində istədiyimiz pilllədə yarışı tamamlayarıq. Uğurlu nəticə üçün oyundan-oyuna daha yaxşı mübarizə aparacağıq”.

Masika üst pillələr üçün mübarizə apardıqlarını deyir: “Liqanın ən əsas mərhələsinə qədəm qoymuşuq. Burada edilən səhvlər bağışlanılmır. Çalışırıq ki, təmkinli davranaq istədiyimiz futbolu sərgiləyib uğur qazanaq. Bunun üçün çalışırıq. Hədəfimiz çempionatı üst pillələrdə bitirməkdir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp