Boliviya futbolunda xoşagəlməz olay yaşanıb. Uğursuz mövsüm keçirən “Olveyz Redi” klubunun azarkeşləri növbəti ev məğlubiyyətinə sərt təpki veriblər.
Futbolinfo.az xəbər verir ki, matç başa çatdıqdan sonra fanatlar komandanın paltardəyişmə otağına hücum edib. Onlar futbolçuları təhqir edib, bəzilərini döyüb. Bir neçə nəfərin pulqabıları və telefonları götürülüb.
Bu hadisədən sonra futbolçular vəziyyət sabitləşənə kimi məqləri boykot etmək qərarına gəlib. Müdafiəçi Dieqo Medina isə komandanı tərk etməyi qərara alıb.