“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda səfərdə “Abha” ilə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, matç qonaq komandanın 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Kristiano Ronaldo sözügedən görüşdə het-trik edib, eyni zamanda qol ötürməsi verib. Ronaldo bundan əvvəlki turda “Əl-Tai” ilə görüşdə də 3 qol vurmuşdu.

Bu qələbədən sonra “Əl-Nəsr” 62 xalla 2-ci pillədə qərarlaşıb. “Abha” 22 xalla 17-ci yerdədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp