Fransa Kubokunun yarımfinal mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ötən gecə turnirin ilk finalçısı müəyyənləşib.
Lion “Olimpik”i doğma meydanda qarşılaşdığı “Valansyen”i 3 cavabsız qolla məğlub edib. Meydan sahiblərinin heyətində Aleksandre Lakazette dubla imza atıb. Matçda son nöqtəni isə Gift Orban qoyub.
Yarımfinalın digər görüşü bu gecə PSJ və “Renn” arasında keçiriləcək.