Yeddiqat dünya çempionu Lyuis Həmilton karyerasını bitirdikdən sonra nə ilə məşğul olacağı barədə fikirlərini bildirib.

“Bilirəm ki, yarışmağım daimi deyil. Vaxtı gəldikdə Formula 1-i tərk etməli olacağam.

Ən böyük problem odur ki, mən çox ambisiyalı adamam. Hər şeyi etmək istəyirəm. Lakin bunun üçün vaxt çatmaz. İstədiklərimi gerçəkləşdirmək üçün uzun illər lazımdır. Avtoidmanda xəyallarımı gerçəkləşdirə bilmişəm. Lakin başqa sahələrdə hələ heç bir şey edə bilməmişəm.

Kino və moda ilə məşğul olmaq arzusundayam. Ola bilər ki, özümə aid yeni brend yaradım. Bilirəm ki, müasir dövrdə bunu etmək asan deyil. Lakin cəhd edəcəyəm”, – deyə Həmilton GQ jurnalına müsahibəsində qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp