Yayda “Barselona”dan ayrılacağı dəqiqləşən Markos Alonso yeni iş yeri tapıb. Cinah müdafiəçisi mövsüm bitən kimi “Atletiko”ya keçəcək. Madridlilər azad agent olacaq təcrübəli oyunçu ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, 6 illik “Çelsi” karyerasından sonra 2022-ci ilin yayında sərbəst futbolçu kimi “Barselona”ya keçən Alonso, əsas heyətə düşə bilmir. O, cari mövsümdə cəmi 299 dəqiqə meydanda olub. 33 yaşlı futbolçu bu durumdan məmnun deyil və ona görə də mövcud müqaviləsinin müddətini uzatmayacaq. Heç klubunun da belə istəyi yoxdur.
Markosun məhz “Atletiko”nu seçməyinin səbəbi var. Onun atası Markos Alonso Penya da karyerası boyunca həm madridlilərin, həm də “Barselona”nın formasını geyib.