Bu gün Kanadanın Toronto şəhərində şahmat tacı uğrunda matça vəsiqə əldə etmək üçün təşkil edilən “İddiaçılar Turniri”nə start verilir.
Turnir başlamazdan əvvəl bukmekerlər iştirakçıların şanslarına aydınlıq gətirən əmsalları dərc edib. Maraqlıdır ki, ən aşağı şans həmyerlimiz Nicat Abasova verilir. Onun qalib olma əmsalı 100-ə bərabərdir.
Fabiano Karuana bukmeker kontorlarının versiyasına görə turnirin favoritidir. Amerikalının qələbəsi üçün əmsal 2.60-a bərabərdir.
“İddiaçılar Turniri” üçün bukmeker kontorlarının əmsalları:
1. Fabiano Karuana – 2,60
2-3. Yan Nepomnyaşı – 5.50
2-3. Əlirza Firuzca – 5.50
4. Hikaru Nakamura – 6.00
5. Rameşbabu Praqnanandha – 9.00
6. Dommaraju Qukeş – 10.00
7. Vidit Santoş – 15.00
8. Nicat Abasov – 100.00
Əlavə edək ki, qalib şahmat üzrə dünya çempionu adı uğrunda Dinq Lirenlə oynamaq hüququ əldə edəcək.