Dünya tennis reytinqində 15-ci pillədə olan Tommi Pol bu həftə start götürəcək Monte-Karlo turnirində iştirakdan imtina edib. Amerikalı idmançı zədə səbəbilə “Masters”i buraxmalı olacaq.

Xatırladaq ki, Mayamidə baş tutan “Masters” turnirinin ikinci mərhələsində Pol zədəyə görə həmyerlisi Martin Damla oyunu yekunlaşdıra bilməmişdi. Zədəli ayağı burxulandan sonra, Tommi müalicə ilə məşğuldur. Hələlik tennisçi tam olaraq oynamaq imkanına malik deyil.

Qeyd edək ki, Monakodakı “Masters” turniri aprelin 7-dən14-dək keçiriləcək. Turnirin mükafat fondu 6 milyon avrodur. Keçən il yarışın qalibi Andrey Rublyov olub.

Shares: