Hazırda Madrid “Real”ında çıxış edən Kepa Arrisabalaqa icarə müddəti başa çatdıqdan sonra “Çelsi”yə qayıdacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat verib.

İcarə müqaviləis bu ilin iyununda başa çatır. London klubuna qayıtdıqdan sonra ispan qapıçı gələcək karyerası ilə bağlı qərar qəbul edəcək.

Məlumata görə, “Real” ukraynalı qapıçı Andrey Luninlə müqavilənin müddətini artırmağı planlaşdırır. Ondan başqa, komanda Tibo Kurtuanın da sağalmasına ümid edir.

Bu mövsüm bask əsilli qapıçı “Real”ın heyətində La liqada 12 oyunda meydana çıxıb. 29 yaşlı qapıçı 4 dəfə də Çempionlar Liqasında komandasının şərəfini qoruyub.

Shares: