Yayda keçiriləcək Olimpiadada təhlükəsizliyi qorumaq üçün Belçika hökuməti Parisə hərbçiləri göndərəcək. Olimpiya Oyunlarında təhlükəsizliyi artırmaq məqsədi ilə Belçikanın bir neçə xüsusi alayı Fransa paytaxtına ezam ediləcək.
Müdafiə naziri Lyudovik Dedonderin sözlərinə görə, ezam olunacaq hərbçilər minaların zərərsizləşdirilməsində ixtisaslaşıblar. Bundan başqa, bir dəstə detektor-itin də göndəriləcəyi dəqiqləşib.
“Belçika hərbçiləri belə tədbirlərdə təhlükəsizliyin təmin edilməsində peşəkardırlar. Dünyanın hər bir yerindən onlara müraciət edilir”, – deyə fransalı nazir əlavə edib.
Qeyd edək ki, Olimpiadada çalışacaq əsgərlərin sayı hələlik dəqiqləşməyib.