Olimpiya Oyunlarının açılış mərasiminin repetisiyası 1,5 ay sonraya çəkilib. Bunun da səbəbi Sena çayında suyun səviyyəsinin yüksək olmasıdır. Mərasimdə iştirak edəcək adamlar, hazırkı vəziyyətdə qayıqlarla körpülərin altından keçə bilməzlər.

Repetisiya aprelin 8-də olmalıydı. Lakin təşkilatçılar məşqi mayın 27-nə keçirib.

“Repetisiyanın vaxtında dəyişiklik açılış mərasiminin təşkilinə heç bir təsir göstərməyəcək. Əsas məqsədmiz, məşqləri yayda olacaq vəziyyətə daha yaxın bir şəraitdə həyata keçirməkdir”, – deyə Olimpiadanın Təşkilat Komitəsindən bəyanat verilib.

Xatırladaq ki, açılış mərasimi iyulun 26-da baş tutacaq. Yarışlarda iştirak edəcək idmançılar qayıqlarla Sena çayından üzəcəklər.

Shares: