Bu gün stend və güllə atıcılığı üzrə Azərbaycan Kubokunun ilk rəsmi yarış günü başlayıb.

Futbolinfo.az xəbər verir ki, Bakı Atıcılıq Kompleksində keçirilən yarışda Azərbaycan Respublikasında fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətlərini təmsil edən 50-dən çox atlet öz gücünü sınayacaq.

Kişilər, qadınlar, oğlanlar, qızlar arasısnda stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi yarışlar, qarışıq komanda yarışları, güllə atıcılığı üzrə kişilər, qadınlar, oğlanlar, qızlar arasında 25 m tapança, 50 m tapança, 10 m pnevmatik tapança / tüfəng və 10 m pnevmatik tapança / tüfəng qarışıq komanda yarışları üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarış aprelin 6-na qədər davam edəcək.

Shares: