Türkiyənin “Manisa” komandası baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1-ci Liqa təmsilçisi 50 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Xatırladaq ki, “Manisa”da Azərbaycan yığmasının üzvü Sertan Taşkın da çıxış edir. O, bu ilin əvvəlində Türkiyə klubuna keçib.