“Benfika” bu yay yenə oyunçu satışından böyük pullar qazana bilər. Çünki komandanın gənc ulduzu Joao Neveş “Mançester Yunayted”in hədəfinə düşüb.
Futbolinfo.az xəbər verir ki, İngiltərə nəhəngi dayaq yarımmüdafiəçisi üçün 100 milyon avro təklif etməyə hazırlaşır. 19 yaşlı oyunçunun keçidi mövsüm bitən kimi reallaşmalıdır.
Lissabon klubunun yetirməsi ötən ilin yanvarından əsas komandaya cəlb olunur. Neveş qısa müddətdə diqqət mərkəzinə düşməyi bacarıb. “Benfika” 2028-ci ilin yayınadək müqaviləsi olan futbolçunu daha bir mövsüm saxlamaq istəyir. Lakin mançesterlilərin onun keçidini əsas prioritetə çevirdiyindən vəziyyət dəyişib.