Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov 6 ay futbolsuz qala bilər.

Futbolinfo.az “berliner-kurier.de” saytına istinadən xəbər verir ki, Almaniyanın “Dinamo” (Berlin) klubunun formasını geyinən hücumçu məşq zamanı ciddi xəsarət alıb.

Komanda yoldaşı ilə toqquşan 32 yaşlı forvardın dizi burxulub. İlkin diaqnoza görə, dizində çat əmələ gələn azərbaycanlı futbolçu təxminən yarım il yaşıl meydanlardan kənarda qalacaq. Lakin yekun rəy MRT-dən sonra veriləcək.

Dadaşovun formasını geyindiyi “Dinamo” komandası Almaniya Regional Liqasında mübarizə aparır.

Shares: