“Real” iki transferi ən qısa zamanda yekunlaşdırmaq istəyir. Madridlilərin müqavilə bağlamaq istədiyi futbolçular böyük gələcək vəd edən gənclərdir.

Futbolinfo.az xəbər verir ki, İspaniya təmsilçisinin əsas hədəfi Leni Yorodur. “Lill” ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək müdafiəçiyə PSJ də maraq göstərdiyindən, transfer qiyməti qalxıb. Amma “Kral klubu” 18 yaşlı futbolçu üçün 80 milyon avronu gözdən çıxarıb.

Madridlilər Franko Mastantuono üçün də 45 milyon avro ödəyəcək. “River Pleyt” ilyarımlıq müqaviləsi qalan yarımmüdafiəçisini bu qiymətə satmağa razılıq verib. Amma 16 yaşlı oyunçu bir müddət Argentina klubunda icarədə olacaq.

Hər iki transfer yayda reallaşmalıdır.

Shares: