Dani Sebalyos son qərarını verib. Yarımmüdafiəçi yayda “Real”dan ayrılacaq.

Futbolinfo.az xəbər verir ki, İspaniya millisinin üzvü qalıb əsas heyət uğrunda mübarizə aparmaq istəyirdi. Lakin baş məşqçi Karlo Ançelottinin heç cür etimadınıqazana bilmədiyindən, o, digər təkliflərə nəzər salmağa başlayıb.

İngiltərə klublarından bir neçə təklifi olan Sebalyosun La Liqada qalmaq şansı da var. Keçmiş klubu “Betis” onu geri çağırır. “Real” 2017-ci ildə 16,5 milyon avroya transfer etdiyi futbolçunun Sevilyaya qayıdışının əleyhinə deyil. Ancaq 2027-ci ilin yayınadək müqaviləsi olan oyunçu üçün azı 10 milyon avro ödənilməsi lazımdır. Bu məbləği isə yalnız oyunçunun iki il icarədə olduğu “Arsenal” vermək istəyir.

Xatırladaq ki, Dani bu mövsüm cəmi 505 dəqiqə meydanda olub. Bu müddətdə o, madridlilər üçün 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: