FİA Gala mükafatlandırma mərasimi Afrikada keçiriləcək. Bu barədə FİA-nın rəsmi bəyanatında xəbər verilib.

Buvaxta qədər Afrika qitəsində belə bir tədbir olmayıb. Avtomobil idmanında bütün növlərdə qalib və mükafatçıları Ruandanın paytaxtı Kiqali şəhəri qəbul edəcək.

“2024-cü ilin FİA Gala tədbiri yeni bir səhifənin açılışı deməkdir. Çünki ilk dəfə olaraq biz Afrikada toplaşacağıq. Tarixi qeyd edin və bizə qoşulun. Hamını dekabrın 13-də Kiqalidə gözləyirik”, – deyə rəsmi bəyanatda qeyd edilib.

Xatırladaq ki, 2023-cü ilin tədbiri Bakıda keçirilmişdi.

Shares: