Polşalı fanatlar Aleksandr Xaçkeviçi döyüb. “Zaqlembe”nin baş məşqçisi ayağndan bir neçə zərbə alıb.

Futbolinfo.az xəbər verir ki, bir qrup azarkeş bu gün komandanın məşqini izləmək istəyib. Onlar futbolçularla danışmaq, uğursuzluğun izahatını istəmək niyyətinə düşüb.

Lakin olaylar bununla yekunlaşmayıb. Məşq meydanına daxil olan fanatlar məşqçini təpikləyi, üzünə zərbə endirib.

50 yaşlı mütəxəssis bu ilin yanvarından “Zaqlembe”yə rəhbərlik edir. Komanda ikinci liqada onuncu pillədə qərarlaşıb. Kiyev “Dinamo”sunun sabiq futbolçusu son məğlubiyyətdən sonra bütün günahın futbolçularda olduğunu dilə gətirmişdi. Bundan əsəbləşən azarkeşlər məşqçini döyərək onun istefaya göndərilməsini istəyib.

Shares: