Azərbaycan Basketbol Liqasında 16-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan turun açılış oyununda “Xırdalan” və “Sərhədçi” klubları üz-üzə gəliblər.

Pley-off zonasında qərarlaşan “Xırdalan” məhsuldar oyunun yekununda rəqibini üzərində 112:105 hesablı qələbəyə sevinib. Məğlubiyyətə baxmayaraq, “Sərhədçi” pley-off şanslarını davam etdirir.

Ən məhsuldar basketbolçular “Xırdalan”dan Cakori Arçi (35 xal, 5 asist), “Sərhədçi”dən Cəbrayıl Əkbərov (29 xal, 6 ribaund) olublar.

16-cı turun digər oyunları (“Sabah” – “Şəki”, “Gəncə” – “Cəlilabad”, “Sumqayıt” – “Xəzri”, “NTD-İndiqo” – “Neftçi”) 4, 5, 6 və 7 aprel tarixlərində baş tutacaq.

Shares: