Adrian Mutunu əla məşqçi kimi sırıyıb Azərbaycana gətirənlər üçün xəbərimiz var. Rumın çalışdırıcı ÇFR-in baş məşqçisi vəzifəsindən də istefa verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, mütəxəssis dünən komandanın Rumıniya kubokunda CFR-in “Korvinul Hunedoara”ya 0:4 hesablı məğlubiyyətindən sonra istefa ərizəsini rəhbərliyə təqdim edib. Onun istefa ərizəsi bu gün qəbul olunub.
Qeyd edək ki, “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu bu ilin yanvarında ÇFR-ə baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 11 oyunun 5-də qələbə qazanıb, 3-də heç-heçə edib, 3-də isə məğlub olub.