Almaniya kubokunda ikinci finalçı məlum olub.
Futbolinfo.az xəbər verir ki, yarımfinalın son matçında Bundesliqanın lideri “Bayer” 2-ci Bundesliqa təmsilçisi “Fortuna” (Düsseldorf) ilə qarşılaşıb.
Oyun Leverkuzen təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Finala vəsiqə qazanan Xabi Alonsunun komandası həm də məğlubiyyətsiz oyunlar seriyasını 40-a çatdıraraq öz rekordunu yeniləyib. Qolları Frimponq (7), Adli (20) və dubla imza atan Virts (36, 60) vurublar.
“Bayer” finalda 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə qarşılaşacaq. Oyun aprelin 25-də keçiriləcək.