Türkiyənin “Fənərbaxça” klubu “Qalatasaray”a qarşı keçirəcəkləri ölkə super kuboku matçına U-19 komandası ilə çıxacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun vitse-prezidenti Erol Bilecik bildirib.
Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: “Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq”.
O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.
Xatırladaq ki, super kubok matçı aprelin 7-də reallaşacaq. “Fənərbaxça” avrokubok matçına görə bu görüşün başqa tarixdə keçirilməsini və əcnəbi hakim tərəfindən idarə olunmasını tələb edirdi.