“Xetafe” klubu 27 min avro cərimələnib.

Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası qərar qəbul edib.

Buna komandanın azarkeşlərinin “Sevilya”ya 0:1 hesabı ilə uduzduqları La Liqanın 30-cu turunun matçında rəqib futbolçu Markos Akunyaya qarşı irqçilik etməsi səbəb olub.

Bundan əlavə, klub növbəti matçlarda bəzi sektorlara, təhqirlərin səsləndiyi tribunalara azarkeş qəbul edə bilməyəcək.

Shares: