“Qarabağ”ın hücumçusu Juninyo Olavionun Türkiyəyə köçmək ehtimalı gündən-günə artır.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” transferin reallaşmasında önəmli məsafə qət edib.
“Sabah” qəzeti tərəflər arasında danışıqların müsbət məcrada davam etdiyini yazıb: “Juninyonun həm Azərbaycan çempionatında, həm də Avropa Liqasındakı parlaq çıxışı “Beşiktaş”ın qərar verməsində önəmli faktor oldu. “Ağ-qaralar”da məsələyə artıq prezident səviyyəsində baxılır. Braziliyalının yayda İstanbula köçmək ehtimalı kifayət qədər çoxdur”.
Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.