Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun durumuna aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, Berlin “Dinamo”sunun formasın geyinən hücumçunun zədəsi proqnozlaşdırıldığı kimi ağır deyil.

MRT-dən sonra onun dizində çat olmadığı aşkarlanıb. Bu isə o deməkdir ki, 32 yaşlı forvard öncədən deyildiyi kimi, 6 aylıq sıradan çıxmayıb. Lakin Regionalliqa komandasının bombardiri bir müddət komandadan ayrı qalacaq. Həkimlər aparıcı hücumçunu mövsüm bitməmiş heyətə cəlb etməyi planlaşdırır. Dadaşovun çempionatın son oyunlarında iştirakı gözlənilir.

Qeyd edək ki, “Dinamo” 27 turdan sonra Regionalliqada 3-cü pillədə qərarlaşır. Rüfət Dadaşov bu mövsüm çempionatda 14 qola imza atıb.

Shares: