Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Müntəzəm mövsümdə 15 matçın hamısında qalib gələn “Zirə” “Aznur”a uduzub – 0:2.

“Birbaşa Bakı” “İnter”i, “Odlar Yurdu” “Abşeron”u 4:1 hesabı ilə üstələyib. “Real Bakı” – “Qalaksi” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 10-da keçiriləcək.

Shares: