Basketbol üzrə Avrokubok yarışının ikinci finalçısı da məlum olub. Fransanın “Burq” və Türkiyənin “Beşiktaş” komandaları 2 qələbədən ibarət yarımfinal seriyasının 3-cü oyununda üz-üzə gəlib.
Buna qədər keçirilən iki oyunda komandalar hərəyə bir qələbə qazanmışdı. İlk oyun Fransada, ikincisi isə İstanbulda baş tutmuşdu. Seriyanın qalibini müəyyənləşdirmək üçün iki komandada Fransada qarşılaşıb. Meydan sahibləri böyük hesabla qələbə qazanıblar – 89:63. Bununla da “Burq” tarixində ilk dəfə Avrokubok finalına yüksəlib.
Onların finalda rəqibi Fransanın digər komandası “Paris” olacaq. Paytaxt təmsilçisi yarımfinal seriyasında “London Lions”u 2:0 məğlub edib.
Xatırladaq ki, turnirin son qalibi İspaniyanın “Qran Kanariya” komandasıdır. Turnirdə çempion olan komanda növbəti mövsümdə Avroliqada oynamaq hüququna malik olur.