Avropada milli çempionatların ən məhsuldar braziliyalı futbolçuları müəyyənləşib.
Futbolinfo.az saytının məlumatına görə, siyahıya “Qarabağ”ın hücumçusu Juninyo Olavio başçılıq edir. 27 yaşlı forvard cari mövsüm Premyer Liqada vurduğu 17 qolla Avropada bütün həmyerlilərini qabaqlayır. O, bunu 27 matçda reallaşdırıb.
İki “sambaçı” 2-3-cü yerləri bölüşdürür. Bunlar Serbiyanın “Partizan” klubunda oynayan sabiq “Neftçi”li Mateus Saldanya və Belçika “Brügge”sinin formasını geyinən İqor Tiaqodur. Hər ikisi cari mövsüm çıxış etdiyi liqada 16 qola imza atıb.
Kipr təmsilçisi “Pafos”lu Jairo 13, İspaniya nəhəngi “Real”ın üzvü Vinisius Junior isə 12 qolla bombardirlər yarışında müvafiq olaraq 4-5-ci yerlərdə qərarlaşırlar.