Avroliqada 33-cü tura yekun vurulub. Gözlənildiyi kimi, ən maraqlı qarşılaşma İstanbulda baş tutub.
İki Türkiyə komandasının oyununun taleyi son saniyələrdə bəlli olub. “Anadolu Efes” nominal qonaq kimi “Fənərbağça”nı məğlubiyyətə uğradıb. Oyunun ən məhsuldar basketbolçusu 21 xal toplayan Şon Klaybörn olub.
Günün qəhrəmanı isə Markus Hovarddır. Onun təmsil etdiyi “Baskoniya” komandası lider “Real”la oyunda dönüş edərək vacib qələbə qazanıb – 95:91. Bununla da bask təmsilçisi turnir cədvəlində vəziyyətini arxayınlaşdırıb. Markus Hovard isə 35 xal toplayıb.
Türkiyə və İspaniya derbisindən başqa , iki İtaliya komandasının da oyunu olub. Həlledici qarşılaşmada “Milan” qalib gəlib – 90:75. Mirotiçin aktivində dabl-dabl var. Gecənin son oyununda isə “Panatinaikos” geridə olmasına baxmayaraq, “Bayern”i 82:75 hesabı ilə məğlubiyyətə uğradıb.
Son turun oyunları gələn həftə keçiriləcək. Hazırda “Anadolu Efes” turnir cədvəlinin 10-cu, “Fənərbağça” isə 6-cı pilləsindədir.