MBA rəhbərliyi yeni reklam tərfədaşının adını açıqlayıb. Liqanın yeni partnyoru Cənubi Koreyanın musiqi qrupu “Sserafim” olacaq.

Məlumata görə , qrup MBA-nın Asiya üzrə əsas ambassadoru funksiyasını yerinə yetirəcək. Noyabrda qrupun üzvləri – Sakura , Çxevan, Yuncin, Kadzuxa və Inçxe, Los-Ancelesdə “Leykers” – “Klippers” oyununu izləmişdilər. Həmin oyunda da qrup əfsanəvi Mecik Consonla tanış olmuşdu.

Həmçinin, fevral ayında “Ulduzlar oyunu”nu canlı izləmək üçün, qrup öz turnesini yarımçıq dayandıraraq ABŞ-yə gəlmişdi. Son kliplərində isə onlar liqanın komandalarının formalarını geyiniblər.

Shares: