“Heç vaxt bəhanələrə sığınmadım”.

Futbolinfo.az xəbər verir ki, bunu “Xəzri” klubunun baş məşqçisi Murat Dikmen “Sumqayıt”a 77:84 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının 16-cı turunun oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis kubok matçından sonra ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşdiklərini bildirib: “Amil Həmzəyev, Ceremi Maklaflin və Yusuf Məhəmməd zədəli olduqları üçün yalnız 1 gün məşq edə biliblər. Təxminən iki həftədir əksər oyunçularımız zədədən əziyyət çəkirdilər. Ona görə də son həftələrdə yaxşı məşq edə bilməmişik. Yekunda bu gün hər kəs əlindən gələni etməyə çalışdı, lakin bu, qələbə üçün yetərli olmadı”.

Dikmen mövsümdə ən pis matç keçirdiklərini söyləyib: “Bundan sonra ümid edirəm ki, qarşıdakı görüşlərə daha yaxşı hazırlaşaraq işimizə daha da köklənərik. Bu məğlubiyyətlə birlikdə liderliyi əldən verdik. Çempionatı ilk iki sırada bitirməyi hədəfləyirik”.

Shares: