“Real”ın qapıçısı Tibo Kurtua martın 19-da zədələndikdən sonra məşqlərə nə vaxt qayıdacağını deyib.

Futbolinfo.az xəbər verir ki, belçikalı qolkiper aprel ayının sonunda məşqlərə qoşulacağını bildirib:

“Ayın sonunda mən yenidən qrupla məşq edəcəm”.

Kurtua bu mövsümün əvvəlində aldığı çarpaz bağ zədəsini sağaltdıqdan dərhal sonra yenidən zədələnib.

31 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Shares: