“Çox çətin matç keçdi, amma qələbə qazana bildik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Junior Martins deyib.
Braziliyalı futbolçu Misli Premyer Liqasının 29-cu turunda “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Birinci hissədə rəqib daha yaxşı oynadı. İkinci yarını isə biz üstün keçirdik. Çox önəmli bir qələbəyə imza atdıq. İkinci hissədəki yaxşı oyunumuzun nəticəsini gördük”.
25 yaşlı yarımmüdafiəçi bu qələbənin onlara motivasiya verəcəyini də sözlərinə əlavə edib: “Bu qalibiyyət çox vacibdir və bizə böyük motivasiya verəcək. Biz bütün rəqiblərə hörmət edirik, amma fikrimcə, “Kəpəz” Premyer Liqada davam etməlidir”.
Martins vurduğu qolu da dəyərləndirib: “Çox şadam ki, qol vurduq. Hər zaman komandanın yaxşı nəticəsinə və uğurlu çıxışına sevinirəm”.