Azər Bağırov “Araz-Naxçıvan”ın baş məşqçi postundan istefa verib. Bu barədə futbolinfo.az-a məşçinin özü məlumat verib.
Gənc mütəxəssis bildirib ki, klubla yollarını ayırıb. Amma bu barədə klubdan rəsmi açıqlama yoxdur.
Bağırov Naxçıvan təmsilçisinə I Divizonda oynadığı zamandan rəhbərlik edirdi. Komanda Premyer Liqaya vəsiqə qazandıqdan sonra ilk vaxtlar uğurlu çıxış edən muxtar respublika təmsilçisi 2024-cü ildə zəif təsir bağışlayır. “Araz-Naxçıvan”ın dünən evdə “Kəpəz”ə 1:2 hesablı məğlubiyyəti Bağırovun qərarında həlledici rol oynayıb.