Almaniyada milli komandanın forması üzərindəki nömrənin yazılışında dəyişiklik ediblər. Bunun da səbəbi 44-ün nasist rəmzi SS-ə bənzərliyi olub.
Bir müddət əvvəl “Adidas” şirkəti ümumiyyətlə, 44 nömrəli formanı buraxmayacağını bildirmişdi. Almaniya Futbol İttifaqı vəziyyətdən çıxış yolu kimi alternativ variant tapıb. Onlar 4 rəqəminin dizaynını dəyişməyi təklif ediblər.
Belə bir dizaynda ilk formanın nümayişi qadın milli komandasının Avstriyaya qarşı oyununda baş verib. Almanlar 2025-ci il Avropa çempionatının seçmə mərhələsində 3:2 hesabı ilə qələbə qazanıblar. 4 nömrəli forma ilə Bibiana Şuls çıxış edib.