Monte-Karloda start götürəcək “Masters” seriyalı turnirin püşkü atılıb. İlin 3-cü böyük turnirinə aprelin 7-də start verilir.
Püşkatmaya əsasən, artıq ikinci turda dünya reytinqinin bir nömrəsi ilə turnirin keçən ilki qalibi üz-üzə gələ bilər. Xatırladaq ki, 2023-cü ildə Monte-Karloda çempion Andrey Rublyov olmuşdu. Ona qədər Novak Cokoviç daha bir rusiyalı tennisçi, Roman Safiullinlə qarşılaşmalıdır.
Yenicə dünya reytinqində ikinci pilləyə yüksələn Yannik Sinnerin ilk turda rəqibi Sebastyan Korda (ABŞ), və ya Alexandro Davidoviç-Fikina (İspaniya) ola bilər. İspaniyalı Karlos Alkarasın ilk mümkün rəqibi isə kanadalı Feliks Ojye-Aliassim olmalıdır.
İlk turun ən maraqlı qarşılaşmalarından biri kimi Aleks di Minorla Sten Vavrinkanın görüşünü qeyd etmək olar. Veteran tennisçi turnirə xüsusi dəvətlə qatılır. Vavrinkadan əlavə Matteo Berrettini də turnirdə xüsusi icazəylə oynayır. İtalyan tennisçinin ilk turda rəqibi Miomir Kesmanoviç olacaq.