“Dünən çox yaxşı oyun oynadıq, amma uduzduq” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Mohammed Kadiri deyib.

Qanalı futbolçu ötən gün “Kəpəz”ə 1:2 hesablı məğlubiyyətdən danışıb: “Məncə, biz bəxtsiz idik. Çünki çox şansımız var idi, amma onlardan istifadə edə bilmədik. Qol vurmaqda problem yaşadıq. Biz əlimizə düşən qol şanslarını dəyərləndirməliyik. Hücum xəttimizdə problem olduğunu düşünmürəm. Sadəcə, bəxtsizik. 7 oyundur ki, qələbə qazana bilmirik. Səhvlərimiz üzərində işləyib onları aradan qaldırmalıyıq. Həmçinin qol vurmağa çalışmalıyıq”.

Shares: