Yulian Naqelsmann bu ay gələcək karyerası ilə bağlı qərarını verəcək. Gənc məşqçi bunun üçün Almaniya Futbol İttifaqının rəhbərliyi ilə görüşəcək.

Futbolinfo.az xəbər verir ki, Naqelsmann yayda baş tutacaq Avropa Çempionatından sonra Almaniya millisinin baş məşqçi postunu tərk etməlidir. Onun müqaviləsi məhz bu yarışın sonuna qədərdir. Amma çalışdırıcının Bundestimdə qalmaq istəyi var. Rəhbərlik də eyni fikirdədir və tərəflər danışıb müddəti uzatmaq istəyir.

Naqelsmann bu görüşdən sonra onunla maraqlanan klublara yekun cavabını verəcək.

Shares: