Beynəlxalq komitə fiqurlu konkisürmədə salto hərəkətinə icazə verə bilər. Bu barədə quruma yaxın mənbələrdən məlumat verilib.

Belə bir təklif İSU-nun texniki komissiyasının iclasında müzakirə ediləcək. İclas iyun ayının 10-dan 14-dək ABŞ-nin Las-Veqas şəhərində baş tutacaq.

Xatırladaq ki, hazırkı qaydalara görə fiqurlu konkisürmədə salto hərəkətinə görə 2 cərimə balı verilir.

Shares: