Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

Komandalar bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”ə uduzub (1:2), “Turan Tovuz” “Sabah”a (2:0), “Qarabağ” “Səbail”ə (4:2), “Zirə” də “Qəbələ”yə (4:0) qalib gəlib.

Misli Premyer Liqası
29-cu tur

7 aprel

“Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Emin Mahmudov, 73-pen – Yuri Matias, 13-öz qapısına.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
“Neftçi Arena”, 20:00.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 17. Rəhman Hacıyev, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Miodraq Bojoviç.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp