Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə iki oyun baş tutub.

“Hoffenhaym” evdə “Auqsburq”a, Mönhenqladbax “Borussiya”sı isə səfərdə “Volfsburq”a 3 qolla qalib gəlib.

Hazırda 76 xala malik “Bayer” vahid liderdir. Leverkuzen təmsilçisini 60 xala malik “Bayern” və “Ştutqart” izləyirlər. “Leypsiq” və Dortmund “Borussiya”sının 53, “Ayntraxt”ın 42, “Auqsburq”, “Hoffenhaym” və “Frayburq”un 36 xalı var.

Almaniya Bundesliqası
28-ci tur

5 aprel

Ayntraxt – Verder 1:1
Qollar: Tuta, 77 – Velkoviç, 62.

6 aprel

Köln – Boxum 2:1
Qollar: Tigges, 90+1. Valdşmidt, 90+2 – Passlak, 53.

Frayburq – Leypsiq 1:4
Qollar: Qrifo, 59 – Haydara, 2. Openda, 18; 44. Şeşko, 54.

Haydenhaym – Bayern 3:2
Qollar: Sessa, 50. Klayndinst, 51; 79 – Keyn, 38; Qnabri, 45.

Maynts – Darmştadt 4:0
Qollar: Olsen, 33. Qruda, 60. Sun, 80; 84.

Union Berlin – Bayer 0:1
Qol: Virts, 45+8-pen.

Borussiya (Dortmund) – Ştutqart 0:1
Qol: Girassi, 64.

7 aprel

Hoffenhaym – Auqsburq 3:1
Qollar: Veqorst, 17. Kramariç, 20. Bebu, 90 – Demiroviç, 61.

Volfsburq – Borussiya (Mönhenqladbax) 1:3
Qollar: Baku, 7 – İtakura, 52. Nqumu, 58. Rayts, 88.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp