Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi postuna namizədlərin sayı getdikcə artır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul nəhəngi daha bir namizədi siyahıya əlavə edib.

Yayda Fernando Santosla yolları ayırmağı planlaşdıran “ağ-qaralar”da rəhbərlik iki mütəxəssislə maraqlanırdı. Bunlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və Dortmund “Borussiya”sının çalışdırıcısı Edin Terziç idi.

Onlara növbəti rəqib hazırda “Antalyaspor”a rəhbərik edən Sərgən Yalçın olub. 51 yaşlı çalışdırıcı 2020-2021 mövsümdə “Beşiktaş”a Türkiyə Superliqasını və Kubokunu qazandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Qurban Qurbanovun “Beşiktaş”da baş məşqçi postuna əsas namizəd hesab olunduğu bildirilmişdi.

Shares: