Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” səfərdə “Bandırmaspor”la qarşılaşıb.
Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Sertan start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Manisa” bu nəticədən sonra 32 xalla 14-cü pillədə qərarlaşıb.