Türkiyə Super Liqasına vəsiqə qazanmış ilk komanda bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” Super Liqaya vəsiqə qazanıb.
Adıçəkilən komandanın 1-ci Liqada sona 5 tur qalmış mövsümü ilk iki pillədə başa vuracağı rəsmiləşib.
“Eyüpspor” 29-cu turda öz meydanında “Altay” üzərində 4:1 hesablı qələbə qazanıb. 67 xalla turnir cədvəlinə başçılıq edən komandanı 56 xalla “Göztəpə” və 50 xalla “Sakaryaspor” izləyirlər.