İspaniya basketbolunun əfsanələrindən biri olan Riki Rubionun “Barselona”ya keçidi katalon klubunun gəlirlərini xeyli artırıb. Bu keçid sayəsində biletlərin satışında 28% artım var. Bundan başqa, sosial şəbəkələrin birində təqibçilərin sayı birdən-birə 60 min artıb. Hazırda “Barselona” həm də daha çox forma satır.
Xatırladaq ki, Rubio fevralın 6-da komanda ilə müqavilə imzalayıb. Onun yeni komandasında ilk oyunu “Monako” ilə Avroliqa çərçivəsində olub.
Məlumata görə, həmin oyun “Barselona” tarixində El-Klassikodan sonra ən çox gəlir gətirən matçdır. “Palau Blauqrana” arenasında həmin qarşılaşmanı 7045 azarkeş izləyib. Bu isə mövsümdə “Real” və “Panatinaikos”la oyunlardan sonra 3-cü nəticədir.