Fernando Alonso Yaponiya qran-prisindən sonra gələcək karyerası və “Mersedes”ə keçmə şansı haqda danışıb.

“Siz bugünkü yarışın mənim planlarıma təsiri haqda maraqlanırsız. Həm hə, həm də yox. Bu gün yarış mənim üçün çox şən oldu. Bu da bir pilot üçün ən vacib məslələrdəndir. Bəlkə də karyeramın ən uğurlu qran-prilərindən birini keçirtdim. Doğrudur, liderdən 44 saniyə  geri qaldım. Bunu yada salanda elə də xoş olmur. Amma istənilən halda, yaxşı yarış idi.

O ki qaldı “Mersedes”ə keçidimə, bu, inanılacaq bir şey deyil. Onlar bizdən geridədirlər, keçməyimin mənası yoxdur”, – deyə ispan pilot jurnalistlərin suallarını cavablayarkən bildirib.

Shares: