“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb.
Futbolinfo.az xəbər veirr ki, bu, Misli Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.
Bakı klubu 0:2 hesabı ilə uduzduğu görüşə qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.
“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb.