Futzal üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Vitali Borisov komandaya 17 oyunçu dəvət edib.
Aprelin 8-dən 12-dək baş tutacaq hazırlığın sonunda Gürcüstana aparılacaq yekun heyət müəyyənləşdiriləcək.
Yığmamız aprelin 14-də və 16-da Tiflisdə Gürcüstan millisi ilə iki yoldaşlıq görüşü keçirəcək.
Millimizin heyəti: Kamran Hacıyev, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), Qüdrət Qasımzadə, İlham Alıyev (hər ikisi U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).