Hari Nevill “Arsenal”ın Çempionlar Liqasında mübarizəni davam etdirəcəyinə əmin deyil. “Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi “Bayern”lə duellərin çətin keçəcəyini deyir.
Futbolinfo.az xəbər verir ki, hazırda şərhçi kimi çalışan Nevill ingilislərin qələbəsnə yalnız ümid edə bilir: “Ümid edirəm ki, londonlular Almaniya klubunu məğlub edər. “Arsenal”ın yaxşı mübarizə aparacağı dəqiqdir, lakin mərhələni adlamaq asan olmayacaq. “Bayern” hazırda Bundesliqada bərbad günlər keçirir, amma xüsusilə “Alyans Arena”da hər şey baş verə bilər”.
Nevill münhelilərin təcrübəsinin onlara kömək edəcəyini düşünür: “Çempionlar Liqası fərqli turnirdi. Burada yalnız güclü olmaq yetərli deyil, önəmli turnir təcrübən də olmalıdır. “Bayern” məhz bu baxımdan üstündür”.